Öncədən ödəniş
Balansınızdakı məbləğ tarif planı üzrə müəyyən olunmuş minimal həddə çatana qədər xəttiniz çıxan və daxil olan zənglər üçün aktiv statusunda qalacaqdır. Balansınız 0 AZN təşkil edirsə və ya balansınızdakı məbləğ aylıq abunə haqqının tutulması üçün kifayət qədər olmadıqda xəttiniz çıxan zənglərə qadağa statusuna keçiriləcək və bu statusda 180 gün qalacaqdır. Bu müddət ərzində heç bir ödəniş növü ilə balansınızı artırmadığınız halda, xəttiniz daxil olan və çıxan zənglərə qadağa statusuna keçiriləcək və 90 gün ərzində bu statusda qalacaqdır. Bu 90 gün ərzində ba-lansın artırılmadığı təqdirdə nömrə ləğv olunacaq və müqaviləyə xitam veriləcəkdir.
Sonradan ödəniş
Sizə 1 ay ərzində istifadə edilən xidmətlərin ödənilməsi üçün faktura təqdim olunacaq. Faktura fiziki şəxslər tərəfindən 15 gün ərzində, sonradan ödəniş edən korporativ abunəçiləri tərəfindən isə 30 gün ərzində ödənilməlidir. Faktura göstərilən müddət ərzində ödənilmədiyi halda xəttiniz çıxan zənglərə qadağa statusuna keçiriləcək və cərimənin hesablanması başlayacaqdır. Faktura növbəti 1 ay ərzində də ödənilmədikdə, xəttiniz nömrənizidən çıxan və nömrənizə gələn zənglərə qadağa statusuna keçiriləcək və cərimələrin hesablanması davam edəcəkdir; növbəti 3 ay ərzində də faktura ödənilmədiyi təqdirdə müqa-viləyə xitam veriləcək.
Ödəmə Üsulları
Balansa Nəzarət
Siz istənilən zaman balansınızı aşağıdakı qaydada yoxlaya bilərsiniz:
Telefonun ekranında balansı görmək üçün 




yığın;
Balansınızı dinləmək üçün 


yığın.

