Terms & Conditions
-
“Azerfon-Vodafone-la Dünya Çempionatı” intelektual Viktorinasi bundan sonra “Viktorina” adlandırılacaq.
-
Viktorinanin keçirilməsi və əhatə dairəsi.
Viktorina SMS göndərilməsi yolu ilə “sual-cavab” prinsipi üzrə keçirilən intellektual və əyləncəli müsabiqədir: qalib Viktorinanın suallarına düzgün cavablara görə qazandığı xallara uyğun seçiləcəkdir. Beləliklə, qalib təsadüfi seçim yox, obyektiv meyarlara – yəni şəxsi bacarığına və intelektual səviyyəsinə əsasən seçiləcəkdir. Bu Viktorina Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcəkdir.
-
Viktorinanın keçirilmə müddəti
Bu Viktorina 12.05.2010 (00:00:00, Bakı vaxtı ilə) tarixindən 04.07.2010 (23:59:59 Bakı vaxtı ilə) tarixədək 2 (iki) mərhələdə keçiriləcəkdir. 1-ci mərhələ 12.05.2010-cu ildən 28.06.2010-cu ilədək dövrü, 2-ci mərhələ 29.06.2010-cu ildən 04.07.2010-cu ilədək olan dövrü əhatə edir.
-
Viktorina iştirakçılarının hüquq və öhdəlikləri
4.1. Yalnız Azerfon MMC (bundan sonra “Təşkilatçı” adlandırılacaq) tərəfindən göstərilən mobil xidmətlərinin, müvafiq abunə müqaviləsinə əsasən abunəçi olan fiziki şəxslər Viktorinada iştirak etmək hüququna malikdir. Təşkilatçının və Viktorinanın keçirilməsində texniki dəstək göstərən şirkətlərin əməkdaşları və ya nümayəndələri, habelə onların ailə üzvləri Viktorinadə iştirak edə bilməzlər.
4.2. Viktorinanin iştirakçıları Viktorinadə iştirak və Viktorinanin çərçivəsində hədiyyələrin alınması ilə bağlı bütün hərəkətləri icra etmək öhdəliyini üzərinə götürürlər.
4.3. Viktorina ilə bağlı bütün məlumat Təşkilatçının rəsmi İnternet saytında təqdim olunacaqdır: http://www.azerfon-vodafone.com/futbol/.
4.4. Viktorina zamanı iştirakçıların sualları cavablandırmaqla topladığı xallar barədə məlumat, iştirakçılara SMS vasitəsilə, hər sual iştirakçı tərəfindən cavablandırıldıqdan dərhal sonra avtomatik olaraq göndəriləcəkdir. İştirakçılar, Viktorinada topladığı xallar haqqında məlumatı, həmçinin Məlumat Mərkəzinin 777 qisa nömrəsinə zəng etməklə əldə edə bilərlər.
4.5. Viktorina dayandırıldığı halda Təşkilatçı rəsmi İnternet saytında və kütləvi informasiya vasitələrində (http://www.azerfon-vodafone.com/futbol/) müvafiq məlumatı yerləşdirəcəkdır.
4.6. Viktorinada fasilələr edilməsi və ya vaxtından əvvəl dayandırılması, Təşkilatçını fasilə və ya vaxında əvvəl dayandırma anınadək qazanılmış hədiyyələri təqdim etmək öhdəliyindən azad etmir.
-
Viktorinada iştirak
5.1. İştirakçı Viktorinaya qatılmaq üçün 7777 nömrəsinə SMS göndərərək, qeydiyyatdan keçir və müvafiq qeydiyyat kodunu alır. Viktorinada iştirakdan imtina etmək üçün İştirakçı 7770 nömrəsinə SMS göndərməlidir. İmtina etmək üçün göndərilən SMS qiyməti 0,06 AZN (ƏDV daxil) təşkil edir.
5.2. İştirakçıya 3 cavab variantı nəzərdə tutan intelektual suallar təqdim edilir. İştirakçı suallara təklif olunan cavabların arasından yeganə düzgün variantı seçir. İştirakçı düzgün hesab etdiyi cavabın qarşısındakı nömrəsini SMS vasitəsi ilə 7777 qısa nömrəsinə göndərir.
SUAL NÜMUNƏSİ: Azərbaycanın paytaxtı hansı şəhərdir? Bakı üçün 1, Sofiya üçün 2, Moskva üçün 3.
CAVAB NÜMUNƏSİ: 1 rəqəmi 7777 qısa nömrəsinə göndərilməlidir.
Suala düzgün cavabı verən hər iştirakçı 1 xal toplayır. Bu xallar SMS göndərildiyi telefon xətdəki nömrəyə veriləcək. Səhv cavablara görə heç bir xal silinməyəcək və İştirakçıya səhv cavab verilən sualları yenidən cavablandırmaq imkanı veriləcəkdir. İştirakçı suallar cavab vermədikdə, ona suala cavab verməsi xahişi ilə SMS bildiriş gələcəkdir. Əgər İştirakçı Viktorinada ilk gündən iştirak etməyibsə, o, Viktorinaya qoşulduğu günədək verilən bütün sualları cavablandıra bilər. Bütün xallar toplanır, hər günün və həftənin sonunda Viktorinanın gündəlik və həftəlik qalibləri müəyyən edilir.
5.3. 7777 qısa nömrəsinə göndərilən hər SMS qiyməti 1.00 AZN (ƏDV daxil) təşkil edir. Server tərəfindən iştirakçılara göndərilən bütün SMS-lər pulsuzdur.
-
İştirak etməyin şərtləri
6.1. İştirakçının Viktorinada bu Qaydaların 5.1. bəndində göstərilən qaydada qeydiyyatdan keçməsi, onun bu Qaydalarla razı olması anlamına gəlir. İştirakçılar Viktorinanın nəticələrinə əsasən hədiyyələrin qəbul etdiyi təqdirdə, Viktorinanın qalibi olaraq kimliyi barədə bütün tələb olunan məlumatları təqdim etməlidir.
6.2. İştirakçı qalib gəldiyi halda, Təşkilatçının nümayəndəsi qalib ilə əlaqə yaradır və telefonla iştirakçının kimliyi barədə məlumatı dəqiqləşdirir.
6.3. Qalib gələn iştirakçılar Viktorinada iştiraka aid reklam məqsədilə aparılan müsahibədə iştirak etməyə razılıq verirlər.
6.4. Qalib gələn iştirakçılar əvvəlcədən razılıq verir və Təşkilatçının tələbi ilə reklam məqsədləri üçün aparılan foto və video çəkilişlərdə iştirak edəcəyini üzərinə götürür. Bu tədbirlərdə iştirak üçün heç bir əlavə ödəniş edilməyəcəkdir. Təşkilatçı və iştirakçının razılaşdırdığı hallar istisna olmaqla, nəticədə alınan materiallara hüquqlar Təşkilatçıya məxsusdur. Bu cür reklam hərəkətlərdə iştirak etməkdən imtina Təşkilatçıya həmin iştirakçını qaliblər siyahısından çıxartmaq, qazanılmış hədiyyəni verməkdən imtina etmək hüququnu verir.
6.5. Viktorinanın iştirakçıları Viktorina zamanı SMS-lə istənilən yeniliklər, hərəkətlər, bonus proqramları və s. haqqında məlumatı qəbul etməyə razılığını verir.
6.6. Viktorinanın İştirakçısı və Təşkilatçısı arasında Müqavilə Viktorinada, Qaydalrın 5.1. bəndində müəyyən olunan qaydada qeydiyyatdan keçdiyi andan bağlanmış hesab olunur.
-
Viktorinanın hədiyyə fondun aşağıdakılardan ibarətdir.
7.1. Viktorinanın 1-ci mərhələ üzrə:
Gündəlik hədiyyələr:
- Canlı TV yayımında futbol ulduzları ilə birlikdə dünya çempionatının final oyunlarına tamaşa etmək üçün biletlər.
- 3G VMC Modemlər (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi).
- 3G Mobil telefonlar.
Həftəlik hədiyyələr:
- CAR-da keçiriləcək dünya çempionatının oyunlarında iştirak üçün biletlər.
- 3G Netbuklar (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi).
7.2. Viktorinanın 2-ci mərhələ üzrə:
Gündəlik hədiyyələr:
- Canlı TV yayımında futbol ulduzları ilə birlikdə dünya çempionatının final oyunlarına baxmaq üçün biletlər.
- 3G VMC Modemlər (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi).
- 3G Mobil telefonlar.
Həftəlik hədiyyələr:
- 3G Netbuklar (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi).
7.3. Hədiyyələrin ümumi sayı 650-dir:
- CAR-da keçiriləcək dünya çempionatının oyunlarında iştirak üçün biletlər – 42 ədəd.
- 3G Netbuklar (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi) – 40 ədəd.
- Canlı TV yayımında futbol ulduzları ilə birlikdə dünya çempionatının final oyunlarına tamaşa etmək üçün biletlər – 352 ədəd.
- 3G VMC Modemlər (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi) – 162 ədəd.
- 3G Mobil telefonlar – 54 ədəd.
-
Qalibinin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydası
8.1. Hər günün və həftənin sonunda (Bakı vaxtı ilə 23:59:59) İştirakçıların müvafiq gün və həftə üzrə son cavablarının qeydiyyatı aparılır. Saat 00:00:00-da Viktorinada toplanmış xalların hesablanmasını təmin edən proqram təminatının vasitəsilə İştirakçıların topladığı xallar üzrə siyasını tərtib edir. Siyahı toplanan xalların azalma ardıcıllığına əsasən tərtib olunur.
Viktorinanın 1-ci mərhələsində:
Hər günün sonunda tərtib olunan siyahıda,
- 1-ci yer tutan İştirakçı 3G Mobil telefon,
- 2, 3, 4- cü yerləri tutan İştirakçılar 3G VMC modemlər (Azerfon-Vodafone nömrə və 1GB yüklənmiş internet trafiki),
- 5, 6, 7, 8, 9 və 10-cu yerləri tutan İştirakçıları canlı TV yayımında futbol ulduzları ilə birlikdə dünya çempionatının final oyunlarına tamaşa etmək üçün biletlər qazanacaqlar.
Hər həftənin sonunda tərtib olunan siyahıda,
- 1, 2, 3, 4, 5 və 6-cı yerləri tutan İştirakçılar CAR-da keçiriləcək dünya çempionatının oyunlarında iştirak üçün biletlər,
- 7, 8, 9, 10 və 11-ci yerləri tutan İştirakçılar- 3G netbuklar (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi) qazanacaqlar.
Viktorinanın 2-ci mərhələsində:
Hər günün sonunda tərtib olunan siyahıda,
- 1-ci yer tutan İştirakçı 3G Mobil telefon,
- 2, 3, 4- cü yerləri tutan İştirakçılar 3G VMC modemlər (Azerfon-Vodafone nömrə və 1GB yüklənmiş internet trafiki),
- 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14-cü yerləri tutan İştirakçıları canlı TV yayımında futbol ulduzları ilə birlikdə dünya çempionatının final oyunlarına tamaşa etmək üçün biletlər qazanacaqlar.
Hər həftənin sonunda tərtib olunan siyahıda,
- 1, 2, 3, 4 və 5-ci yerləri tutan İştirakçılar 3G netbuklar (+ 1GB İnternet trafikli Azerfon-Vodafone nömrəsi) qazanacaqlar.
Eyni xal ilə iki və daha çox iştirakçı olarsa, bu xalı birinci toplamış iştirakçı qalib hesab olunur.
İştirakçı hədiyyədən imtina edərsə və ya qalibə irəli sürülən tələblərə cavab vermədikdə, Həmin İştirakçı sihahıdan çıxarılır və yenidən yuxarıda göstərilən qanuna uyğunluq tətbiq olunur.
-
İştirakçıların Gündəlik / Həftəlik hədiyyənin qazanması haqqında məlumatlandırılması qaydası.
9.1. Təşkilatçı qalib ilə əlaqə saxlamaq və ona hədiyyəsi haqqında məlumat vermək üçün bütün mümkün tədbirlərin görülməsini öz üzərinə götürür.
9.2 Növbəti gün, səhər saat 10.00-dan 18.00-a qədər Təşkilatçının nümayəndəsi qalib ilə telefon vasitəsilə əlaqə yaratmağa çalışacaq. Müştəri Xidmət təmsilçisi ona ən azı 5 (beş) dəfə zəng edir.
9.3. Təşkilatçı qalib ilə əlaqə yarada bilməzsə, qalib hədiyyəyə olan hüququnu itirir. Bu halda ikinci yüksək xalı yığmış iştirakçı Viktorinanin nəticələrində görə qalib hesab olunacaq.
9.4. Qalib eyni olan gündəlik və həftəlik hədiyyələri qazana bilər (qalib qazandıgı eyni və ya digər hədiyyəni digər gundəlik və həftəlik hədiyyələrdən qazana bilər).
9.5. Viktorina qaliblərinin adları Viktorinanin rəsmi məlumat mənbələrində nəşr olunacaq.
9.6. Təşkilatçı zəmanət verir ki, Viktorinanin aparılması və Viktorina suallarına cavablarına nəticəsinə görə ən yüksək xalı toplayan iştirakçının müəyyən edilməsi üçün istifadə olunan proqram təminatı qalibi əvvəlcədən müəyyən etmək və ya seçiminə təsir edə biləcək heç bir proseduru və ya alqoritmi daxil etmir.
-
Hədiyyənin alınması qaydası, şərtləri və yeri
10.1. Hədiyyəni almaq üçün qalib dərhal (24 saatdan gec olmayaraq) - Viktorinanin Təşkilatçısına aşağıdakıları təqdim edir: şəxsiyyətini təsdiq edən sənəd, Təşkilatçının tələb etdiyi eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hədiyyənin verilməsi üçün tələb olunan digər sənədlər təqdim etməlidir. Hədiyyəni almaq üçün qaliblərin Operatora qarşı heç bir borcu olmamalıdır (yəni ödənilməmiş telefon hesabları, mənfi hesablar, mənfi öncədən ödənilən kart balansı və s.). Bu halda qaliblərin hüquqları və hədiyyə avtomaitk sürətdə yüksək xaltoplamış növbəti iştirakçıya keçəcək.
10.2. Qalibləri hədiyyələrini Viktorinanın sonunadək alacaqlar.
10.3. Hədiyyələrin verilməsinin dəqiq tarixi və qaydası hər qalibə Təşkilatçı tərəfindən qalib olmasının elan olunması zamanı telefon vasitəsilə məlumatlandırılacaq.
10.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin nəzərdə tutduğu hallarda Viktorinanın Təşkilatçısı hər bir qalibin vergi agenti hesab olunacaq və Viktorina zamanı hədiyyə formasında gəlirin alınması ilə bağlı vergiləri və rüsumları saxlayacaq və ödəyəcək.
10.5. Hədiyyəli Viktorinaya qoşulmaqla, iştirakçılar Viktorinanin Qaydaları və Mexanizmi ilə razılığını təsdiq edir; ziddiyyət olduqda, mübahisə yarandıqda Azərbaycan Respublikasının müvafiq məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq baxılacaqdır.