- İstədiyiniz yerdə, istədiyiniz zaman Internetə daxil olmaq istəyirsiniz?
- Naqillərdən yaxa qurtarmaq istəyirsiniz?
- Həmçinin dostlarınız və ya həmkarlarınız ilə internet şəbəkəsinə girişi bölüşmək istəyirsiniz?
Bütün bunlar yeni MiFi cihazı ilə artıq mümkündür!

Yəqin ki, kafedə və digər ictimai müəssisələrdə Internetə daxil olmaq imkanı verən WiFi zonaları ilə tanışsınız?
Azerfon-nun təqdim etdiyi yeni MiFi cihazı ilə siz sadəcə bir düyməyə basaraq, WiFi zonasını təşkil edə bilərsiniz. Bununla belə, MiFi cihazının ölçülərindən narahat olmağa ehtiyac yoxdur, belə ki, bu kredit kartı ölçülü cihaz kifayət qədər kiçikdir və hətta cibinizə yerləşə bilər.
MiFi - Bir cihazda 3G mobil İnternet Modem + WiFi bağlantı nöqtəsi.
İnternetə giriş tələb olunarsa, harada olmağınızdan asılı olmayaraq, yalnız MiFi cihazınızı işə salmağınız kifayətdir. O, avtomatik olaraq Azerfon-un yüksək sürətli 3G İnternet şəbəkəsinə qoşulub, öz ətrafında İnternetə çıxışı olan WiFi zona yaradacaqdır. Öz noutbukunuzu (netbuk, PDA, mobil telefon) yaranmış WiFi zonaya qoşun və İnternetdən istifadə edin.
Cihaz necə işləyir?
MiFi - WiFi yönləndiricisi olub, eyni vaxtda beşə qədər WiFi dəstəkləyən müxtəlif cihazların qoşulmasına imkan verir, bununla da Azerfon-un mobil genişzolaqlı şəbəkəsi vasitəsilə İnternet şəbəkəsinə qoşulmanı təmin edir.
Azerfon-un təqdim etdiyi MiFi cihazı, WiFi texnologiyanı dəstəkləyən bütün cihazlar (komputerlər, noutbuklar, netbuklar, MP3 və media pleyerlər, telefonlar, PDA-lar , İP kameralar və digərləri) tərəfindən dəstəklənir. Cihaz avadanlığınızın istifadə etdiyi əməliyyat sistemindən (kompüter və s.) asılı deyil və drayverlərin quraşdırılmasıni tələb etmir. Yəni siz eyni zamanda öz noutbukunuz, İPod, kommunikator, smartfonunuzdan və.s İnternet şəbəkəsinə qoşula bilərsiniz.
İmkan və xarakteristikalar
- Wi-Fi zonandan istifadə etmək üçün, cihazlar MiFi-dan ən çoxu 20 metr məsafədə yerləşməlidir.
- WiFi zona hamı üçün açıq və ya şifrələnmiş ola bilər və siz istədiyiniz şəxslə qoşulma kodunu bölüşə bilərsiniz.
- MiFi cihazının daxili akkumulyatoru var ki, bu 4 saata qədər enerji toplamadan İnternetə qoşulmanı təmin edir.
- MiFi cihazınızı USB port vasitəsi ilə komputerə qoşub, ondan adi 3G İnternet modemi kimi də istifadə edə bilərsiniz; bu halda onun akkumulyatoruna enerji toplanacaqdır.
- Yükləmənin maksimal sürəti 7,2Mbps təşkil edir.
- Ötürmənin maksimal sürəti 5,6Mbps təşkil edir.
- Cihaz həmçinin micro-SD bağlayıcı vasitəsilə 16 Gb-a qədər məlumatı saxlama qabiliyyətinə malikdir, bu da WiFi şəbəkəsinə qoşulan istifadəçilərə sənədlərin, musiqinin, videoların və şəkillərin paylaşmasına imkan yaradır. Micro-SD kart komplektə daxil deyil.
Azerfon MiFi cihazının qiyməti 157 AZN (ƏDV daxil) təşkil edir.
Cihazı Azerfon mərkəzlərindən əldə edə bilərsiniz.
