Bu gün Azerfon sizə geniş çeşidli məhsulları və xidmətləri təklif edir. Korporativ müştərilərimiz ehtiyaclarına uyğunlaşdırılmış xüsusi tarif planlarından, şəxsi nəzarətçi xidməti, əlavə cihazlardan, VMC USB stik, yüksək keyfiyyətli şəbəkə, rominq xidmətləri və s faydalana bilər. Sizə rəqabət üstünlüklərinizi genişləndirməyə və mobil rabitə imkanlarını proqnozlaşdırmaq və onlara nəzarət etməyi asanlaşdırmağa kömək edəcəyik.
VMC (Vodafone Mobile Content) USB vasitəsilə siz heyətinizin effektivliyini artıraraq, səyahətə və ya iclaslar arasında sərf olunan vaxt ərzində onların daha məhsuldar çalışmağına kömək edirsiniz.
Azerfon köməyi ilə siz həm ölkənizdə, həm xaricdə əməkdaşlarınızın ehtiyac duyduğu şəbəkə və xidmət keyfiyyətinə nail olursunuz.
Şirkətiniz Avropada işgüzar fəaliyyətini həyata keçirməsi və ya ABŞ-da konfransa qatıldığından asılı olmayaraq, hər zaman sizin işinizə yararlı olacaq rominq imkanlarımız mövcuddur.
Genişlənən işgüzar dairələrdə bu aspektlər çox mühümdür. Beləliklə, Azerfon ilə birlikdə siz yüksək keyfiyyətli müştəri xidmətlərini təklif edə və artan peşəkar nüfüzunu qazana bilərsiniz.
Biz gələcəyi görürük və bunu sizlə paylaşmaq istəyirik.
AZERFON HEYƏTİ
