
Ölkədaxili, beynəlxalq və rominq xidmətləri üçün ən ideal qiymətlər İdeal tarifində!
İndi qoşulun və bir dəqiqəsi cəmi 5 qəpiyə bütün Azərbaycanla danışın!
İdeal tarifində SMS və MMS-in qiyməti də cəmi 5 qəpikdir.
| Əsas xidmətlər | Qiymət* (qəpiklə) |
|---|---|
| Ölkədaxili bütün istiqamətlərə zəngin 1 dəqiqəsi | 5 |
| Ölkədaxili bütün istiqamətlərə 1 SMS | 5 |
| Ölkədaxili bütün istiqamətlərə 1 MMS | 5 |
| DATA-trafik (200KB) | 5 |
| Mobil TV (200KB) | 5 |
| Beynəlxalq Tariflər | Qiymət pik / qeyri-pik saatlar* (qəpiklə) |
| Zona 1 (MDB və Baltikyanı Ölkələr) | 37 / 25 |
| Zona 2 (Avropa) | 45 / 35 |
| Zona 3 (İran, Türkiyə) | 43 / 35 |
| Zona 4 (digər ölkələr) | 50 / 45 |
* Qiymətlərə ƏDV daxildir
İdeal tarifinə qoşulmaq üçün aşağıdakılardan birini seçə bilərsiniz:
- Ideal yazaraq 1123 nömrəsinə SMS göndərmək;
- Azerfon Mərkəzlərinə yaxınlaşmaq.
Qeydlər:
- Tarifdən gündəlik istifadə haqqı 10 qəpikdir;
- Gündəlik abunə haqqı balansdan çıxıldıqda və abunəçi gün ərzində bu qiymətə 1 zəng etdikdə və ya 1 SMS göndərdikdə, dərhal onun balansına şəbəkədaxili zənglər üçün 1 dəqiqə danışıq vaxtı hədiyyə olaraq yüklənəcəkdir;
- İdeal tarifi çərçivəsində edilən istənilən zəngin birinci dəqiqəsi üçün tarifikasiya 60 saniyədir. Zəngin birinci saniyəsi pulsuz, ikinci saniyədən etibarən birinci dəqiqə üçün danışığın qiyməti isə 5 qəpikdir. İkinci dəqiqədən etibarən tarifikasiya hər 10 saniyə üçün hesablanır.
- Abunəçi balansa yüklənilən 1 şəbəkədaxili pulsuz dəqiqədən 24 saat ərzində istifadə edilə bilər. Bu pulsuz dəqiqə qısa nömrələrə və kontent provayderlərin nömrələrinə edilən zənglərə şamil edilmir;
- Data trafiki və Mobil TV üçün tarifikasiya 10 KB təşkil edir.
3G+ tarifindən İdeal tarifinə keçid pulsuzdur. 3G+ Data tariflərindən keçid mümkün deyil.
İdeal tarifindən 3G+ tarifinə keçid 5 manat, 3G+ Data tariflərinə isə keçid mümkün deyil.
İdeal tarifindən sonradan ödənişli tariflərə keçid mümkün deyil.
Sonradan ödənişli tariflərdən İdeal tarifinə keçid yalnız Azerfon mərkəzlərində mümkündür. Sonradan ödənişli 3G+ və Basic tariflərindən İdeal tariflərinə keçid pulsuzdur.
