Azerfon-Vodafone-dan yeni “3G+ Tükənməyən İnternet” paketləri xidmətinizdə! - 2010-08-17
Təqdim etdiyimiz yeni İnternet paketləri ilə internetə çıxış limitsiz oldu!
İndi Azerfon-Vodafone abunəçiləri yeni “3G+ Tükənməyən İnternet” paketlərinə qoşularaq, limitsiz 7.2 Mbps qədər yüksək sürətli internetdən yararlana bilərlər.
| Paketin Adı | Paketin dəyəri, AZN-lə | Trafik, MB-la | İstifadə müddəti |
|---|---|---|---|
| 7 günlük paket | 15 AZN | Limitsiz | 7 gün |
| 30 günlük paket | 57 AZN | Limitsiz | 30 gün |
Azerfon-Vodafone abunəçiləri “30 günlük 3G+ Tükənməyən İnternet” paketlərinə qoşularaq, 3G+ İnternet Modemini hədiyyə olaraq qazanacaqlar!
“3G+ Tükənməyən İnternet” paketlərini, sifariş etmək üçün aşağıda qeyd edilmiş SMS mətnlərindən birini 1123 nömrəsinə göndərərək əldə etmək olar:
| Paket | Sorğu |
|---|---|
| 7 günlük paketi | DATA7 |
| 30 günlük paketi | DATA30 |
3G+ Tarif Planı haqqında daha ətraflı məlumat üçün 1188 zəng etməklə, Müştəri Xidmətləri Mərkəzindən və ya www.Azerfon-Vodafone.com saytına daxil olmaqla əldə edə bilərsiniz.
