Vodafone

Press Center

Həmişə Ünsiyyətdə ol! - 2010-07-19
Azerfon-Vodafone abunəçilərinə xoş, sevincli anlar bəxş edən möhtəşəm Səyahət Paketləri ilə xidmətinizdədir. Xaricdə səfərdə olarkən, Azerfon-Vodafone abunəçiləri həmişə rahat ünsiyyətdə olacaq. Belə ki, abunəçilərə səyahət zamanı iki paket – "Fərdi Təklif" və "Ailə Təklifi" paketləri təqdim ediləcəkdir. 
 
Azerfon-Vodafone abunəçiləri xaricə tək səyahət edərkən "Fərdi Təklif" paketinə qoşularaq, cəmi 49 AZN ödəməklə, 1 nömrə, 30 dəqiqə çıxan zənglər, 30 dəqiqə daxil olan zənglər və 30 SMS əldə edəcəkdir.
 
Həmçinin, Azerfon-Vodafone abunəçiləri ailəsi ilə səyahətdə olarkən, "Ailə Təklifi" paketinə qoşularaq, cəmi 99 AZN ödəməklə, 4 nömrə, 70 dəqiqə çıxan zənglər, 70 dəqiqə daxil olan zənglər və 70 SMS əldə edəcəklər.
 
Özəl Səyahət Rominq paketlərini yerli Turizm Agentlikləri (Ankara Tur, BCD Travel Azerbaijan, Dərviş Travel, Xəzər Travel, Skylife Travel, STI Azərbaycan) və ya Azerfon-Vodafone Mərkəzlərinə müraciət edərək əldə etmək olar.
 
Abunəçilər səfərdən geri dönərkən, Azerfon-Vodafone-nun cari Tarif Planlarından birini seçərək, öz nömrəsindən istifadə edə bilər. 
 
Yerli Tarif planları haqqında daha ətraflı məlumat üçün 1188 zəng etməklə, Müştəri Xidmətləri Mərkəzindən və ya www.Azerfon-Vodafone.com saytına daxil olmaqla əldə edə bilərsiniz.

printerprinter friendly version