05 iyul 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri yeni 3G+ Tarif Planından yararlana bilərlər. 3G+ Tarif Planının ən mühüm üstünlükləri Qoşulma haqqı və Abunə haqqı – 0 AZN.
Bununla da, Azerfon-Vodafone abunəçiləri 3G+ Tarif Planı ilə ödədikləri məbləğ qədər sərfəli qiymətlərlə danışaraq, SMS və MMS göndərməklə yanaşı, 3G sürətli Mobil İnternetdən istifadə edəcəklər. Bu Tarif Planı həmçinin video zənglərə də şamil edilir.
| Tarif Planı |
Qoşulma və aylıq abunə haqqı |
Bütün istiqamətlərdə zəngin dəqiqəsi |
SMS | MMS | Mobile İnternet |
|---|---|---|---|---|---|
| 3G+ | 0 AZN | 0,10 AZN | 0,05 AZN | 0,10 AZN | 0,10 AZN/MB |
3G+ Tarif Planı haqqında daha ətraflı məlumat üçün 1188 zəng etməklə, Müştəri Xidmətləri Mərkəzindən və ya www.Azerfon-Vodafone.com saytına daxil olmaqla əldə edə bilərsiniz.
Şirkət haqqında:
Azerfon MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.
Əlavə məlumatı www.azerfon-vodafone.com internet səhifəsindən əldə edə bilərsiniz.
