Vodafone

Press Center

Azerfon-Vodafone Futbol üzrə Dünya Çempionatına gedəcək qalibləri elan etdi - 2010-07-07

07 iyul 2010-cu il tarixində “Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı” viktorinası qaliblərinin təqdimetmə mərasimi keçirildi. Mərasimdə finala bilet qazanmış və ¼ finaldan artıq qayıtmış viktorina qalibləri iştirak etdilər.

Mərasim zamanı, Azerfon MMC-nin Korporativ Əlaqələr departamentinin müdiri Elşad Fərzəliyev çıxış edərək qeyd etdi ki, Azerfon-Vodafone ən yeni mobil operator olmasına baxmayaraq, sayı gündən günə artan abunəçilərinə 3G kimi qabaqcıl texnologiyaya əsaslanan xidmətlər təqdim edir. “Biz çalışırıq ki, abunəçilərimiz xidmət və imkanların ən yaxşısına sahib olsunlar. Abunəçilərimizə Futbol üzrə Dünya Çempionatında iştirak etmək şansı verdiyimiz üçün məmnunuq”, - deyə E. Fərzəliyev bildirdi. Azerfon-Vodafone  adından  Brendin Tanıtdırılması və Marketinq Ünsiyyət Vasitələri üzrə Menecer Nigar Arpadarai layihə barədə geniş məlumat verərək qeyd etdi ki, Azerfon-Vodafone viktorinasında iştirak edən 077 və 070 abunəçiləri yay mövsümündə Cənubi Afrikada keçirilən Futbol üzrə Dünya Çempionatına səyahət etmək üçün 12.05.2010-cu il tarixindən 04.07.2010-cu il tarixinədək 7777 nömrəsinə SMS göndərərək, viktorinanın qalibi olmuş və ecazkar səfər paketi qazanmışdırlar.

Qeyd olundu ki, Azerfon-Vodafone Dünya Çempionatı viktorinasının gündəlik və həftəlik qalibləri olan abunəçilər müxtəlif hədiyyələr qazanaraq, 3G Netbook, 3G mobil telefon və 3G VMC modem + Azerfon-Vodafone nömrələri + 1GB həcmində İnternet-trafik sahibi olmuşdurlar.

Daha sonra, Azerfon-Vodafone nümayəndələri qalibləri təbrik edərək onlara hədiyyələr təqdim etdilər.

“Azerfon-Vodafone Futbol üzrə Dünya Çempionatı” viktorinası qaliblərinin siyahısı ilə tanış olmaq və layihə haqqında daha ətraflı məlumat üçün www.azerfon-vodafone.com saytına müraciət edə bilərsiniz.

 

Şirkət haqqında:

Azerfon MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir.

2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir. Əlavə məlumatı  www.azerfon-vodafone.com internet səhifəsindən əldə edə bilərsiniz.

 

printerprinter friendly version