01 uyun 2010-cu il “Beynəlxalq uşaqlar günü” ilə əlaqədar olaraq, Azerfon MMC il ərzində “Gülüş dolu sevinciniz - Bizim uğurumuzdur” adı altında bir neçə sosial layihələrə imza atmışdır. Belə ki, bu müddət ərzində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkil olunması məqsədilə xeyriyyə aksiyaları keçirmişdır. Layihə çərçivəsində Azerfon-Vodafone və Nar Mobile abunəçilərinə aksiyada iştirak etmək və xüsusi qayğıya ehtiyacı olan uşaqlara köməklik göstərmək imkanı yaradılmışdır.
Bundan başqa, hər zaman təhsilə dəstək verərək, Azerfon MMC Təhsil Nazirliyi ilə birgə “Elektron təhsil” layihəsi adı altında müsabiqə keçirilməsinə start vermişdir. Bu müsabiqə məktəblilər üçün “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları” istiqamətləri üzrə təşkil olunub. Sonda qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaqdır.
Bütün bunları nəzərə alaraq, sonda bir daha qeyd etmək istəyirik ki, Azerfon MMC uşaqlarımıza dəstək olmaqla, korporativ sosial məsuliyyət çərçivəsində, onların inkişafı və gələcəkdə çalışacaq gənc kadrların formalaşmasına öz töhfəsini vermiş oldu.
