Vodafone

Press Center

Azerfon iş yerlərinin sayını artırır - 2010-05-21

21 may 2010-cu il tarixində Azerfon MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan illik əmək yarmarkasında iştirak etmişdir. Yarmarka Qafqaz Universitetində həmin ali məktəbin tələbə və məzunları, eləcə də Abşeron yarımadasının işsiz sakinləri üçün keçirilmişdir.

Yarmarkanın keçirildiyi müddətdə daxil olmuş bütün ərizələr bir neçə həftə ərzində təhlil olunacaq və namizədlər müsahibə üçün şirkətə dəvət olunacaqlar.

 Hal-hazırda “Azerfon” şirkətində müxtəlif sahələrdə 700-dən artıq əməkdaş işləyir. Şirkətin yüksək inkişaf templərini nəzərə alaraq, bu rəqəm günü-gündən artmaqdadır.

printerprinter friendly version