Vodafone

Press Center

Azerfon-Vodafone Gənc Proqramçılara dəstək olur! - 2010-05-17

Azerfon-Vodafone Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr edilmiş İKT gənclər olimpiadasının qaliblərini təltif etdi.

17 May 2010-cu il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdində İnformasiya Texnologiyaları İnstitutunun təşkil etdiyi tədbirdə Ümumrespublika İKT Olimpiadasının qaliblərinin təqdim olunması və hədiyyələrlə təltif olunması mərasimi keçirildi.

Tədbirdə iştirak etmiş Azerfon MMC-nin korporativ ünsiyyət şöbəsinin rəhbəri Elşad Fərzəliyev qalibləri təbrik etmiş, onlara gələcəkdə də hər zaman bu cür yüksək göstəricilərə nail olmağı arzulamışdır. Şirkət artıq üçüncü ildir ki, İKT sahəsində keçirilən bu Ümumrespublika Olimpiadasının sponsoru qismində çıxış edir.

Azerfon-Vodafone bu olimpiadaya dəstək olmaqla, korporativ sosial məsuliyyət çərçivəsində, Azərbaycan İKT sektorunun inkişaf etdirilməsinə, gələcəkdə bu sahədə çalışacaq gənc kadrların formalaşmasına öz töhfəsini vermiş oldu.

printerprinter friendly version