Azerfon-Vodafone növbəti sərginin keçirilməsinə dəstək oldu - 2010-05-19
Bakıda, 19-21 may 2010-cu il tarixlərində 16-cı Azərbaycan Beynəlxalq WorldFood Azerbaijanqida sənayesi sərgisi keçirilir. Tədbirin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur. Sərgi ziyarətçilərinə qida sənayesi sahəsindəki yeniliklərlə yanaşı 3G texnologiyasının müxtəlif servis və xidmətləri də təqdim olunacaq.
Azerfon-Vodafone eləcədə AITF (Səyahət və Turizm), CASPIAN OIL & GAS (Neftqaz sərgisi), BAKUTEL və sair kimi Beynəlxalq sərgilərin rəsmi tərəfdaşıdır.
16-cı Azərbaycan Beynəlxalq WorldFood Azerbaijan qida sənayesi sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 70-dən çox şirkət iştirak edir.

