Vodafone

Press Center

AZERFON-VODAFONE Bakıda daha bir Satış və Xidmət Mərkəzini açır - 2010-05-18

Abunəçilərin sayının durmadan artmasını nəzərə alaraq, Azerfon-Vodafone sayca altıncı Satış və Xidmət Mərkəzini açır.

Altıncı Azerfon-Vodafone Satış və Xidmət Mərkəzinin açılışı 18 may 2010-cu il tarixində Bakı şəhəri, F.Əmirov küçəsi 1 ünvanında keçirildi. Bu Mərkəzdə abunəçilər Azerfon-Vodafone şəbəkəsinə qoşulmaq, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında  ətraflı məlumat əldə etmək imkanı eldə edə bilərlər.

Yalnız Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan abunəçiləridir.

Azerfon-Vodafone brendi altında təqdim olunan xidmətlər 077 prefiksilə təqdim olunur. Vodafone şirkəti ilə tərəfdaşlıq Azerfon-a Vodafone-nun bir sıra qabaqcıl məhsul və xidmətlərini Azərbaycan istifadəçilərinə təqdim etməyə, həmçinin 3G xidmətlərinin bütün üstünlüklərində bəhrələnməyə imkan verir.

Hal-hazırda, Azerfon-Vodafone Mərkəzləri Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Abunəçilərin rahatlığını təmin etmək məqsədilə yeni Azerfon-Vodafone mərkəzləri Azərbaycanın digər şəhərlərində də açılacaq. 3G şəbəkəsi Azərbaycanın böyük şəhərlərində - Sumqayıt, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir, Abşeron yarımadasında təqdim olunacaq.

printerprinter friendly version