Vodafone

Press Center

Azerfon Vodafone ilə Futbol üzrə Dünya Çempionatına start verilir! - 2010-05-12

Yalnız  077  və 070 prefiksli abunəçilər  hər həftə Cənubi Afrikada keçiriləcək futbol oyununa biletləri qazana bilərlər!

Ölkənin ən dinamik inkişaf edən mobil operatoru Azerfon-Vodafone unikal və möhtəşəm Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı Viktorinanın startını elan edir. 12 may 2010-cu il tarixindən 04 iyul 2010-cu il tarixinədək 077 və 070 prefiksli abunəçilər  Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı Viktorinasında iştirak etməklə super hədiyyələri qazana bilərlər.

Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı Viktorinasında iştirak etmək üçün sadəcə olaraq 7777 nömrəsinə SMS göndərmək və verilən suallara düzgün cavabları tapmaq kifayətdir.

Viktorinanın keçirilmə müddəti ərzində İştirakçının nömrəsinə cavabları test şəklində veriləcək suallar daxil olur.  İştirakçı doğru cavabı seçib, onun kodunu (1, 2 və ya 3) 7777 nömrəsinə göndərməlidir.

Həftə ərzində ən çox xal toplayan iştirakçılar Cənubi Afrikada keçiriləcək futbol oyununa biletlər və netbuklar qazana bilərlər.

Gün ərzində verilən suallara düzgün cavab verən və daha çox xal toplayan İştirakçılar futbol ulduzları ilə birgə Bakıda Dünya Çempionatının finalını izləmək imkanı ilə yanaşı VMC modem+ Azerfon-Vodafone nömrə + 1GbB internet trafik; Mobil telefonlar + Azerfon Vodafone nömrələr + balansda 27 AZN kimi hədiyyələr qazana bilərlər.

Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı viktorinası haqqında ətraflı məlumatla tanış olmaq üçün 1188 nömrəsinə zəng edərək Müştəri Xidmətlərinə müraciət etmək olar.

printerprinter friendly version