Vodafone

Press Center

Ölkədə ilk operatorlar arası MMS (Multimediya Mesaj Servisi) xidmətinə start verildi - 2010-04-01

01 Aprel,  2010-cu il tarixindən etibarən Azerfon-Vodafone  abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə  MMS göndərə biləcəklər.

AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə  əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.

Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.

Abunəçilərin ünsiyyətini daha da  rahat və rəngarəng etmək üçün  Azerfon-Vodafone  yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.

Xidmət haqqında əlavə məlumat almaq üçün  077 200 11 77nömrəsinə zəng etmək və ya www.azerfon-vodafone.com internet səhifəsinə müraciət etmək kifayətdir.

printerprinter friendly version