Vodafone

Press Center

Azerfon-Vodafone xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olur - 2010-03-29

Bayram günləri ərəfəsində Azerfon-Vodafone mobil rabitə operatoru xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkil olunması məqsədilə xeyriyyə aksiyasına qoşulub.

21 mart 2010-cu il tarixində Dənizkənarı Bulvarda Bakililar.az aktivistləri və Dənizkənarı Bulvarın administrasiyası tərəfindən təşkil edilmiş “Yaz marafonu” xeyriyyə aksiyası keçirilmişdir. Aksiyada öz xidmətlərini təqdim etmiş, ölkənin ən qabaqcıl mobil operatoru olan Azerfon-Vodafone şirkəti də iştirak etmişdir.

21 mart – 29 mart, 2010-cu il tarixində Azerfon-Vodafone və Nar Mobile abunəçilərinə aksiyada iştirak etmək və xüsusi qayğıya ehtiyacı olan uşaqlara köməklik göstərmək imkanı yaradılmışdır. SMS-lərin göndərilməsi üçün Azerfon-Vodafone 21 mart tarixindən 29 mart tarixinədək aktiv olan nömrəni abunəçilərə təqdim etmişdir.

Bundan əlavə, xeyriyyə hərracı zamanı Azerfon-Vodafone-dan VIP nömrə auksionda oynanılmışdır.

Qeyd etmək lazımdır ki, SMS - xeyriyyəçiliyindən və nömrənin satışından yığılmış pul vəsaiti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsinin təşkil olunmasına köçürülmüşdür.

 

printerprinter friendly version